AZXEBER.COM Metbuat.az-a istinadən xəbər verir ki, son elmi araşdırmalara görə, bu preparatlardan istifadə edən insanlarda NAION (qeyri-arteritik anterior optik neyropatiya) adlanan nadir göz xəstəliyinin yaranma riski artır. Xəstəlik göz sinirinin qan dövranının pozulması nəticəsində inkişaf edir və əksər hallarda qəfil, ağrısız görmə itkisi ilə özünü göstərir.
Həkimlər vurğulayırlar ki, bu preparatlar şəkərli diabet və piylənmənin müalicəsində yalnız həkim təyinatı və nəzarəti altında istifadə edilməlidir.
Preparatlardan istifadə zamanı görmədə bulanıqlıq, torlanma, görmə sahəsinin daralması və ya qəfil görmə zəifləməsi kimi əlamətlər hiss edildikdə dərhal həkimə müraciət olunmalıdır. Erkən müayinə mümkün fəsadların vaxtında aşkarlanmasına kömək etsə də, bəzi hallarda görmə itkisi geri dönməz ola bilər.
Qeyd edək ki, son illərdə semaqlutid tərkibli preparatlarla bağlı müxtəlif yan təsirlər barədə araşdırmalar davam edir. Alimlər bu dərmanların faydalarının risklərdən üstün olduğunu bildirsələr də, onların yalnız tibbi göstəriş əsasında və mütəxəssis nəzarəti ilə qəbul edilməsinin vacibliyini vurğulayırlar.











































