Arıqlamaq cəhdi az qala faciə ilə bitəcəkdi – Mədəsindən diş fırçası çıxarıldı

Arıqlamaq cəhdi az qala faciə ilə bitəcəkdi – Mədəsindən diş fırçası çıxarıldı
DÜNYA
15:16 07.07.2026
376
  • Arıqlamaq istəyərkən diş fırçasını uddu.

  • AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində yaşayan 21 yaşlı qadın arıqlamaq məqsədilə özünü qusdurmağa çalışarkən təsadüfən 13 santimetrlik diş fırçasını udub.


    Məlumata görə, hadisədən sonra yemək yeyən qadının halı pisləşib və yaxınları onu xəstəxanaya çatdırıblar.

    İlkin tibbi yardımdan sonra xəstə endoskopiya şöbəsinə yönləndirilib. Ümumi cərrah həkim briqadası təxminən 40 dəqiqə davam edən kiçik kəsiklə aparılan əməliyyat nəticəsində qadının mədəsindəki 13 santimetrlik diş fırçasını çıxarıb.


    Həkim bildirib ki, əvvəlcə bu hadisəyə inanmaqda çətinlik çəkiblər. Kompüter tomoqrafiyası zamanı qadının diş fırçasının uc hissəsini sındıraraq udduğu müəyyən edilib.


    Onun sözlərinə görə, yad cismin endoskopik üsulla çıxarılması qida borusu və ya mədənin zədələnməsi riski yaratdığı üçün bu üsuldan istifadə edilməyib və birbaşa cərrahi müdaxilə həyata keçirilib.


    Əməliyyatdan sonra qadının vəziyyətinin yaxşı olduğu, iki gün sonra isə evə buraxıldığı bildirilib. Həkim əlavə edib ki, diş fırçası xəstənin daxili orqanlarında hər hansı ciddi zədələnməyə səbəb olmayıb.


    Gülay

     


    OXŞAR XƏBƏRLƏR