Arıqlamaq üçün bu qidalardan istifadə edin - SİYAHI

MARAQLI
16:25 16.07.2014
2281

Bəzi qidaları qəbul edərək həm vitamin yığa, həm də çəkinizi azalda bilərsiniz. Arıqlamağa kömək edən 7 məhsulun adını təqdim edirik.

Qara lobya

Bu məhsul lif və proteinlə zəngindir. Lakin buna baxmayaraq tərkibində yağ yoxdur. Onun tərkibində flavonoid var. Bu maddə qarın bölgəsindəki yağ əriməsi prosesini sürətləndirir.

Partlayan qarğıdalı

Nə qədər yağlı və duzlu olsa da partlamış qarğıdalı arıqlamağa kömək edir. Taxıllar tərkibindəki zəngin minerallar və faydalı maddələrə görə, sağlamlıq üçün faydalıdır.

Alma sirkəsi

Alma sirkəsi yağ yandırmaqda əvəzolunmaz vasitədir. Amma həddindən artıq istifadəsi mədədə problem yarada bilər. Salat souslarında istifadəsi məsləhətdir.

Çərəzlər

Çərəzlərin tərkibindəki yağlar doymamış yağlardır. Bunun üçün də çəki artımına yol açmırlar. Əksinə piylənmənin qarşısını alırlar.

Soyuq kartof

Soyuq kartoflardan hazırlanmış salat mayonez istifadə edilməyəcəyi təqdirdə daha faydalıdır. Bu tərəvəz soyuyanda tərkibindəki liflər daha asan həzm edilir.

Armud

Armudun bütün növləri liflərlə zəngin, kaloridən kasaddır. Bu meyvəni səhər, günorta, axşam yeməyində belə yeyə bilərsiniz. Tərkibindəki antioksidantlar sayəsində qarın bölgəsindəki yağları asanlıqla yandıracaqsınız.

Çay

Çayın arıqladıcı xüsusiyyəti elmi araşdırmalarla təsdiqlənib. Xüsusilə yaşıl çayı bu sahədə faydası danılmazdır. /// formaggio.az/

OXŞAR XƏBƏRLƏR