'Arka Sokaklar'ın tanınmış qəhrəmanı həbs ediləcək - FOTOLAR

MAQAZİN
00:08 05.03.2012
4911

“Arka sokaklar” serialının qəhrəmanını 3 ildən 5 ilə qədər həbs gözləyir.

Tanınmış türkiyəli aktyoru, “Arka sokaklar” serialında polis rəisi Rza – “Rza baba” rolunu canlandıran Zəfər Ergin vergidən yayınmağa görə günahlandırılıb. O, polisdə ifadə verib.“Bu gəlir bəyannamələri düzgün göstərilib. Həm də, saxtalığını bilərək yalan bəyannamələrdən istifadə etməmişəm”, - deyə Zəfər Ergin bütün ittihamları tədd edib.İstanbulda məhkəməyə cavabdeh Zəfər Ergin və onun vəkilləri qatılıb. Məhkəmədə ifadə verən Ergin təqaüdə çıxmış teatr aktyoru və yaşlı vaxtında da aktyorluq sənətində qalan bir adam olduğunu bildirib. Əvvəllər bəzi kanallarda sənədli filmlər hazırladığını və bəzi verilişlərə quruluş verdiyini deyən aktyor göstərdiyi gəlir bəyannamələrini də burdan qazandığını deyib:“Bu gəlirlər gerçəkdir, saxta deyil. Biz daha sonrakı müddətdə bu bəyannamələri təşkil edən firmaların düzgün işləmədiklərini eşidən kimi onlarla əməkdaşlığımızı dayandırdıq. Bununla əlaqədar olaraq vergi hesabatından xəbərdar olunca, vergi məhkəməsinə iddia açdıq. Mühasibimiz qanunun müəyyən müddasından istifadə etmədiyimizi bildirdikdən sonra, biz məcbur olub iddianı geri götürdük”.Məhkəmə Zəfər Ergin haqqında işi araşdırmaq üçün eskperetlərə göndərib və məhkəmə ekspertizanın rəyi alınana qədər təxirə salınıb.Qeyd edək ki, Zəfər Ergin vergidən yayınmağa görə təqsirləndirilir və əgər onun günahı sübuta yetirilərsə, Zəfər Ergini 3 ildən 5 ilə qədər həbs gözləyir.(anspress)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir