Ağır xəstəliyə yoluxan Armağan Çağlayandan YENİ XƏBƏR

Ağır xəstəliyə yoluxan Armağan Çağlayandan YENİ XƏBƏR
DÜNYA
00:03 02.12.2022
476

 

Ağciyərindəki kütlə səbəbindən əməliyyat keçirən türkiyəli məşhur aparıcı-prodüser Armağan Çağlayan sosial media hesabında səhhəti ilə bağlı məlumat verib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu yaxınlarda ağciyərində kütlə aşkarlandığını və müalicə prosesinin başladığını deyən teleaparıcı Armağan Çağlayan dünən əməliyyat olunub. 4,5 saat davam edən əməliyyatdan sonra paylaşım edən məşhur son vəziyyətini açıqlayaraq, "Həkimlər xəstəliyimi çox erkən mərhələdə tutdular və məni xilas edə bildilər", - deyə bildirib.

Teleaparıcı, həmçinin bildirib ki, işini dayandırmaq fikri yoxdur:

"İndi kimyaterapiya olub-olmayacağımı patologiyanın nəticəsi müəyyən edəcək. Heç vaxt işimi dayandırmayacağam. Bir müddət dincəldikdən sonra Gebze, Bartın, Zonquldak, İstanbul, Ankarada olacam. Dualarınıza və xoş arzularınıza görə minnətdaram”.

Ayşən

 


 

OXŞAR XƏBƏRLƏR