Aronyan Dünya Kubokundan kənarda qaldı

Aronyan Dünya Kubokundan kənarda qaldı
İDMAN
14:58 16.07.2021
1100
Ermənistan şahmatçısı Levon Aronyan Rusiyanın Soçi şəhərində davam edən Dünya Kubokundan imtina edib.

Bu barədə 39 yaşlı qrossmeyster özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, səhhətindəki problemə görə yarışda iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, Aronyanın koronavirusa yoluxduğu ehtimal olunur.
 
 ///Report
OXŞAR XƏBƏRLƏR