Çarpayıdan yıxılan ağırçəkili qadının köməyinə FHN çatdı

Çarpayıdan yıxılan ağırçəkili qadının köməyinə FHN çatdı
SOSİAL
19:39 17.12.2019
4294

Bakıda çarpayıdan yıxılan ağır çəkili qadına FHN yardım edib. 

Nazirlikdən  verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda çarpayıdan yıxılan ağırçəkili qadına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub.  

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu çağırış ünvanına gələrək vətəndaşa müvafiq köməklik göstərib. 

OXŞAR XƏBƏRLƏR