İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Mikel Arteta yay "transfer pəncərəsi"ndə heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırır.
AZXEBER.COM xəbər verir ki, "topçular" mövsümü titulsuz başa vura bilər. Komanda artıq İngiltərə Liqa Kuboku və FA Kubokundan kənarlaşdırılıb, Premyer Liqada isə lider "Liverpul"la xal fərqi artır. Bu səbəbdən Arteta heyəti gücləndirmək üçün bəzi futbolçularla yolları ayırmağı nəzərdə tutur.
İngiltərə mətbuatında yayılan məlumatlara görə, "Arsenal" yayda yeddi futbolçunu komandadan göndərməyi planlaşdırır. Siyahıya əsas heyətdə sabit yer tapa bilməyən Tomas Parti, Jorjinyo, Kiran Tirni, Oleksandr Zinçenko və Yakub Kivior daxildir. Həmçinin, icarədə olan futbolçuların – Rahim Sterlinq və Norberto Netonun da klubdan ayrılacağı bildirilir.
Klub yeni transferlər üçün büdcə yaratmaq və maaş yükünü azaltmaq məqsədilə bu dəyişiklikləri həyata keçirməyə çalışır.
Qeyd edək ki, "Arsenal" yay "transfer pəncərəsi"ndə ən azı dörd yüksək səviyyəli oyunçu transfer etməyi planlaşdırır.
Zəfər Hacılı