'Arsenal' doğma meydanda 'Bavariya'ya məğlub oldu

İDMAN
09:00 20.02.2013
1073
Futbol üzrə UEFA Çempionlar Liqasında daha iki oyun keçirilib.AZXEBER.COM-un məlumatına görə, “Arsenal” Londonda “Bavariya”ya 1:3 hesabı ilə məğlub olub. Oyunun 21-ci dəqiqəsinədək Kroos və Müllerin qolları ilə qonaqlar hesabda 2:0 irəlidə olublar. İkinci hissədə Podlski qollardan birinin əvəzini çıxıb. Lakin qarşılaşmada son nöqtəni münhenlilər qoyublar - Mancukiç komandasının üçüncü qolunu vurub.Digər qarşılaşmada isə “Portu” öz meydanında “Malaqa”nı 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmada yeganə qolu Mutinyo vurub.Cavab oyunları martın 13-də keçiriləcək.

OXŞAR XƏBƏRLƏR