"Arsenal", "Liverpul" və "Bavariya" dünya çempionunu transfer etmək istəyir

"Arsenal", "Liverpul" və "Bavariya" dünya çempionunu transfer etmək istəyir
İDMAN
18:41 22.05.2025
367
İngiltərənin "Arsenal", "Liverpul", Almaniyanın "Bavariya" klubları İspaniya təmsilçisi "Atletiko"da çıxış edən Xulian Alvareslə maraqlanır.

Bu barədə "El Chiringuito" nəşri məlumat yayıb.

25 yaşlı hücumçunun mümkün keçidi ilə bağlı danışıqlar növbəti həftə başlayacaq.

Qeyd edək ki, Xulian Alvares cari mövsüm "Atletiko"da 53 matçda 29 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olub.
OXŞAR XƏBƏRLƏR