“Arsenal” transferlərə 230 milyon avro ayırıb

İDMAN
18:34 16.05.2023
233
"Arsenal” yay transferləri üçün 230 milyon avro ayırıb.

Baş məşqçi Mikel Arteta bu məbləğə istədiyi futbolçuları heyətə qata bilər.

İspaniyalı mütəxəssis Moyses Kaysedo ("Brayton”), Deklan Rays ("Vest Hem”), Musa Diabi ("Bayer”) və Rafinyanın ("Barselona”) xidmətində maraqlıdır. "Çelsi”dən Meyson Mauntun keçidi də London klubunun gündəmindədir.

Qeyd edək ki, "topçular” Premyer Liqanın 35 oyununda 81 xal toplayıb. Artetanın yetirmələri turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
 

OXŞAR XƏBƏRLƏR