''Arsenal''ın əfsanəsi geri qayıdır

İDMAN
09:30 21.11.2012
1260
İngiltərə “Arsenal”ının əfsanəsi olmuş fransalı Tyeri Anri geri qayıdır.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu dəfə tanınmış futbolçu “Arsenal”da icarə əsasında oynayacaq.
Belə ki, Anri artıq gələn aydan etibarən klubda məşqlərinə başlayacaq. Ancaq onun İngiltərə klubunda oynayıb-oynamayacağı məsələsi bir qədər sonra öz həllini tapacaq.Xatırladaq ki, ötən mövsüm Tyeri Anri icarə əsasında artıq “Arsenal”da çıxış edib. O, oynadığı 7 oyunda 2 qolun müəllifi olub.

OXŞAR XƏBƏRLƏR