"Arsenal"ın futbolçusu "Barselona" yolunda

İDMAN
07:57 13.08.2012
1359

İspaniyanın "Barselona" klubu "Arsenal"ın yarımmüdafiəçisi Aleks Sonqu transfer etməyi planlaşdırır.

AZXEBER.COM-un "Mundu Deportivo"ya istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi kamerunlu futbolçunun transferində olduqca israrlıdır.

"Barselona"nın baş məşqçisi Tito Vilanova yeni mövsümün startına qədər Sonqu komandasında görmək istəyir. Artıq "Arsenal"la razılığa gəlindiyi və iki həftə ərzində Sonqun "Barselona"ya keçidinin reallaşacağı bildirilir.

Qeyd edək ki, 2006-cı ildən "Arsenal"ın şərəfini qoruyan son keçirdiyi 138 oyunda 7 qola imza atıb.

OXŞAR XƏBƏRLƏR