“Arsenal”ın hücumçusu Super Liqa nəhənginə keçdi

İDMAN
18:39 08.09.2023
297
"Arsenal”ın futbolçusu Nikolya Pepe karyerasını Türkiyədə davam etdirəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. O bildirib ki, 28 yaşlı forvard "Trabzonspor”la anlaşıb. Kot-d'İvuardan futbolçu bu gün tibbi müayinədən keçdikdən sonra Super Liqa nəhəngi ilə qısa müddətli müqavilə imzalayacaq.

2019-cu ildən "Arsenal”ın üzvü olan Pepe ötən mövsümü icarə əsasında Fransa Liqa 1 klubu "Nitsa”da çıxış edib və 28 oyunda səkkiz qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.
OXŞAR XƏBƏRLƏR