“Arsenal”ın “Qarabağ” azarkeşləri üçün nəzərdə tutduğu biletlər satışa çıxarıldı

“Arsenal”ın “Qarabağ” azarkeşləri üçün nəzərdə tutduğu biletlər satışa çıxarıldı
İDMAN
16:49 02.11.2018
4003
"Qarabağ"ın UEFA Avropa Liqasının IV turunda İngiltərənin "Arsenal" komandası ilə səfər oyunu üçün Ağdam təmsilçisinin azarkeşlərinə nəzərdə tutulan biletlər satışa çıxarılıb.

AZXEBER.COM report.az-a istinadən xəbər verir ki, ümumilikdə 500 olan biletlər iki kateqoriya bölünüb. 45 bilet 56 manatdan, 450 bilet isə 39 manatdan satılır. Biletləri iticket.az saytından əldə etmək mümkündür.

Qeyd edək ki, matç dekabrın 14-də Londondakı "Emireyts" stadionunda keçiriləcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan oyun "Arsenal"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

OXŞAR XƏBƏRLƏR