Biz azərbaycanlılar susadıqda çay içməyə adət etmişik.
Yəni sudan çox çay içirik. Əslində isə gün ərzində 2 stəkandan artıq çay içməyi mütəxəssislər məsləhət görmürlər.
İnsan orqanizmi isə sutka ərzində 2 litr maye qəbul etməlidir. Belə olan halda bizə, sadəcə, su içmək qalır. Əlbəttə ki, söhbət təmiz sudan gedir. Suyun insana çox faydası var. Suyun insan vücudu üçün həyati önəmi olduğunu bilməyən yoxdur. Az su içmək vücudun bütün tarazlığını alt-üst edə bilir. Su metabolizmanın düzənlənməsində və vücudumuzdakı bütün reaksiyaların yaranmasında cavabdehdir. Su içdiyiniz zaman susuzluq və aclıq duyğularını ayırd edə bilirsiniz. Eyni zamanda su bütün qidaların, vitamin və mineralların təməl həlledicisidir. Bədəndə qidaları kiçik parçalara ayırır, həzmlərində və son metabolik mərhələlərində vəzifəsini yerinə yetirir. Su təməl enerji qaynağıdır. Su bədənin hər hüceyrəsində elektriksəl və maqnetik enerji çıxarar, bizə həyat gücü verər. Uşaqlarda və böyüklərdə diqqət çatışmazlığı probleminin həllində böyük rol oynayır. İş səmərəsini artırır və diqqət aralığını böyüdür. Suyun içməyin digər faydası isə stress, gərginlik və depresiya hallarının aradan qaldırlmasında əvəzsiz rola malik olmasıdır. Yorğunluğun aradan qaldırılmasında çox kömək edir və bizə gənclik enerjisi verir. Dərini yumşaldır, nəmləndirir və yaşlılıq əlamətləri olan qırışların azalmasında köməkçidir.
Bəs su seçərkən nələrə diqqət etməliyik?
Bu gün ölkəmizdə yerli və xarici su markaları istehlak olunmaqdadır. İstehlakçılar suyun məişə və mənbəsi, markası və qiymətindən aslı olaraq öz seçimlərini edirlər. Lakin bu zaman bir şeyi diqqətdən kənarda saxlamaq olmaz bu, suyun saflığı və istehsal prosesidir.
Bu gün ölkəmizdə ilk qablaşdırılmış süfrə suyu olaraq təqdim olunan və 1947-ci ildən etibarən xalqımızın sevə-sevə istifadə etdiyi "Badamlı” suları öz zəngin tərkibini qoruyub saxlamaqla sizlərə çatdırılır.
"Badamlı” suları Azərbaycanın qədim diyari olan Naxçivan MR-dan təbii bulaqlardan götürülən sudur.
"Badamlı” suları Azərbaycanın ən qədim, tərkibi minerallarla zəngin olan sularından biridir. Naxçıvandan heç bir insan əli dəymədən qablaşdırılan və ölkəmizin bütün bölgələrinə çatdırılan "Badamlı” suları bir inci su tək süfrələrinizin bəzəyi olmuşdur.
Tərkibindəki zəngin minerallarla insan orqaniziminə müsbət təsir göstərən "Badamlı” suları öz tarixi keçmişinə sadiq qalaraq sizlərin hər birinizə yüksək dəyər verməkdə davam edir.
Təsadüfi deyil ki, bu gün ətrafimızdaki insanlar gündəlik həyatlarında - işdə, evdə, müxtəlif tədbirlərdə bu sulardan sevərək istifadə edirlər. Çünki həyat adi sular qədər ucuz deyil.
Məhz bu səbəbdən insanlar marketlərdən öz alış verişləri zamanı "Badamlı” nı seçməklə özlərinə, ailələrinə, övladlarına və bütünlükdə ətraflarına verdikləri dəyəri göstərmiş olurlar. Seçiminiz "Badamlı” suları olsun!