"Artıq yeriməyi unutmuşam" - Qəzaya düşən müğənni

"Artıq yeriməyi unutmuşam" - Qəzaya düşən müğənni
MAQAZİN
11:58 13.11.2025
140
Ağır qəza keçirən və yeriyə bilməyən müğənni Ayla Rai yeni paylaşımı ilə izləyicilərini kədərləndirib.
 
AZXEBER.COM xəbər verir ki, müğənni 10 aydır yatağa bağlı yaşadığını və çətin günlər keçirdiyini deyib.
 
Ayla izləyicilərindən dua istəyib:
 
"Hər an yeriyə biləcəyimi düşünürəm. 10 aydır yeriməyi unutmuş insanam. O qədər çətin bir mübarizənin içindəyəm ki, daş olsa dözə bilməzdi. Hər saniyənizə şükür edin, əllərinizin, ayaqlarınızın dəyərini bilin, onları sevin. Var, dövlət, pul hamısı boş şeydir. Bizim ən böyük xoşbəxtliyimiz sağlamlığımızdır. Mənim üçün çoxlu dualar edin".
 
Aysel

OXŞAR XƏBƏRLƏR