Artur Rasizadə istefa verib? RƏSMİ AÇIQLAMA

Artur Rasizadə istefa verib?  RƏSMİ AÇIQLAMA
SİYASƏT
10:19 03.09.2015
5654
Sentyabrın 1-də baş nazir Artur Rəsizadənin istefaya getdiyi barədə xəbər sosial şəbəkələrdə və xəbər saytlarında əsas mövzulardan biri oldu. Yayılan xəbərlərə hər hansı dairələrdən rəsmi münasibət öyrənmək mümkün olmasa da, günün sonunda yalnız o məlum oldu ki, əslində A.Rəsizadənin başçılığı ilə Nazirlər Kabinetinin iclası keçirilib və dövlət büdcəsi müzakirə olunub.

AZXEBER.COM xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat katibi Akif Əli “Yeni Müsavat”a açıqlamasında deyib: “Həmin vaxt mən iclasda olmuşam və bütün bunlardan sonra xəbər tutdum. Həmin vaxt mənə mətbuatdan 256 zəng gəlmişdi. (gülür) Amma istefa söhbətini kim, niyə yaymışdı, mənə bəlli deyil. Sizə keçən dəfə də demişdim, belə xəbərləri yayarkən kiminsə müəyyən məqsədləri olur. Amma hər halda həmən adamlar sonradan, məsələnin onların yazdığı kimi olmadığını görəndə heç olmasa bir az utansınlar”.

Eyni gündə icra başçılarının yeni təyinatı ilə bağlı da xəbərlərin yayıldığını, hətta onlardan birinin baş nazir gətiriləcəyi haqda deyilənlərin əvəzində A.Əli bunları bildirdi: “Gördüyünüz kimi, yazıldığı kimi olmadı. Yaxşı bir rus məsəli var: ”Slışal zvon, no ne znayu qde on". (“Səs eşidirəm, amma bilmirəm hardan gəlir”) Bunlar da (bu barədə xəbər yayanları nəzərdə tutur-E.P.) bəzi adlar eşidiblər, ancaq özləri üçün Ştirlis kimi özüləri üçün versiyalar hazırlayıblar, lakin bunlar yanlış versiya olub. Səs eşidiblər, lakin bilməyiblər həmin səs hardan gəlir".

A.Əli əlavə etdi ki, baş nazirin adı ətrafında yaşanan “ajiotaj”dan əslində hökumətin hər hansı məlumatı olmayıb: “Həmin gün hökumət öz işindəydi və çox ciddi bir iclas keçirildi, 2016-cı ilin dövlət büdcəsi müzakirə olundu. Sonradan ”ajiotaj" olduğunu mənə gələn telefon zənglərindən, yazışmalardan, işçilərimə zəng edib məni soruşmalarından bilmişəm. Başqa bir ajiotaj olmayıb, hökumət öz ritmində öz işini davam etdirib. Bu ajiotaj sadəcə mətbuatda, sosial mediada ola bilər. Hökumət gündəlik işi ilə məşğul olub, ölkənin taleyi üçün çox əhəmiyyətli iclasını keçirib, çox ciddi müzakirələr olub. Yekunda da cənab prezidentə sənədlərin təqdim olunması üçün qərar qəbul edilib".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sibel Can 54 yaşında ərə getdi
00:11 25.05.2025
Sibel Can 54 yaşında ərə getdi
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib