Arvadı biseksual çıxan kişi qızını öldürdü, məhkəmədə damarlarını doğradı

Arvadı biseksual çıxan kişi qızını öldürdü, məhkəmədə damarlarını doğradı
DÜNYA
12:06 02.10.2018
4186
Həyat yoldaşı biseksual olduğuna görə 8 yaşlı qızını öldürüb, intihara cəhd edən ata məhkəmədə qızının təhlükəsizlik kamerasına düşən son görüntülərini gördükdən sonra həbsxanada biləklərini doğrayıb.

AZXEBER.COM Milli.Az-a xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə ata 8 yaşlı qızını bıçaqlayıb, sonra da intihara cəhd edib. Onların hər ikisi xəstəxanaya çatdırılsa da, qızın həyatını xilas etmək mümkün olmayıb.

Atası 8 yaşlı Mayli Billinqhemi (Mylee Billingham) sinəsindən bıçaqlayıb. 55 yaşlı Vilyam Billinqhem (William Billingham) daha sonra bıçağı mədəsinə sancıb.

Kişi qızını öldürməzdən əvvəl ona pizza alıb, şəkillərini çəkib, anasına göndərib.

Cinayətə səbəb kimi qızın anasının biseksual olması göstərilir. Belə ki, qızın anası ərindən ayrıldıqdan sonra başqa qadınla münasibət yaşayıb.
OXŞAR XƏBƏRLƏR