Arvadına başqası ilə münasibətindən şübhələndi və... - Bakıda dəhşət

Arvadına başqası ilə münasibətindən şübhələndi və... - Bakıda dəhşət
SOSİAL
22:17 18.05.2019
7580
Bakıda qısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən Məzahir Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM "publika.az"a istinadən xəbər verir ki, Məzahir Məmmədov arvadı Səbinənin son vaxtlar ona soyuq münasibət göstərdiyini görüb. Bu hərəkətləri ilə Səbinənin ona xəyanət etməsindən şübhələnib.

Uşaqlarını mağazaya göndərdi, qapını arxadan bağladı

Məzahir Məmmədov aralarında olan münasibətlərə aydınlıq gətirməkdən ötrü 23 iyun 2016-cı il tarixdə, saat 18.00-da yaşadıqları Səbail rayonu, Bayıl qəsəbəsindəki evdə olarkən azyaşlı övladları Sədi və Ramalı siqaret almaq adı ilə yaxınlıqdakı mağazaya göndərib.

Daha sonra Məzahir Məmmədov Səbinənin heç yerə çıxa bilməməsi üçün evin giriş qapısını arxadan qıfıllayıb. O, evin içəri otaqlarına qalxmaq üçün nəzərdə tutulmuş pilləkanların üstündə əyləşərək Səbinədən çay istəyib.

Arvadından şübhələndiyini açıqladı

Səbinə ona şüşə stəkanda çay gətirib. Məzahir çayın soyuq olmasını bildirib və ondan yenidən çay gətirməsini deyib. Səbinə yenə də ona çay gətirib.

İkinci gələn çayı da içən Məzahir arvadını ona əvvəlki kimi diqqət yetirməməkdə, soyuq davranmaqda günahlandırıb, ona olan şübhələrinin səbəblərini soruşub.

Bu zaman Səbinə Məzahirə fikirlərinin həqiqətə uyğun olmadığını bildirib. Bundan əsəbiləşən Məzahir onu qısqanclıq zəminində öldürmək qərarına gəlib.

Arvadı inkar etdi, qətli yetirdi

O, əlində olan şüşə çay stəkanının arxa tərəfi ilə Səbinənin baş və sifət nahiyələrinə zərbələr endirib. Məzahir Səbinənin onun əlindən çıxaraq özünü qurtarmağa çalışmasına, imdad diləməsinə və çöldə olan uşaqlarını köməyə çağırmasına heç bir əhəmiyyət verməyib.

Məzahir Səbinəni döşəməyə yıxaraq əlləri ilə bədənin müxtəlif nahiyələrinə vurmaqla, eləcə də əlindəki şüşə stəkanın arxa hissəsi ilə baş və sifət nahiyələrinə ümumilikdə 6 dəfə zərbə endirib. Səbinə aldığı xəsarətdən hadisə yerində ölüb.

"Əvvəllər məhkum olunmuşam"

İstintaq orqanı tərəfindən Məzahir Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məzahir Məmmədov bildirib ki, əvvəllər narkotik maddələrdən istifadə etməyə görə məhkum olunub:

"15 il olar ki, Səbail rayonunda fərdi evdə yaşayırıq. Səbinə ilə 2000-ci ildə kəbin kəsdirib, evlənmişəm. Sonradan nigahımızı rəsmiləşdirdik, üç övladımız olub. Heç yerdə işləməmişəm".

"Çayın soyuq olmasını irad tutdum"

Məzahir Məmmədovun sözlərinə görə, son vaxtlar arvadından şübhələnməyə başlayıb: Səbəb isə Səbinənin əvvəlki kimi mənə münasibət göstərmədiyini hiss etmişdim. İyunun 23-də bütün gün evdə oldum.

Axşam uşaqlarım Ramal və Sədini siqaret almaq adı ilə dükana göndərdim ki, arvadım ilə son günlərdə olan şübhələrimə aydınlıq gətirim.

İkimiz də evin girişində olan pilləkənlərdə oturduq. İçdiyim çayın soyuq olmasını irad tutdum. Səbinə yenidən mənə çay gətirdi".

"Uşaqları içəri girməyə qoymadım"

Məzahir Məmmədov deyib ki, arvadının ona qarşı belə diqqətsizliyi qəbul etməyib: "Ondan təkrar şübhələrimin səbəbini soruşdum. Səbinə fikirlərimin həqiqətə uyğun olmadığını bildirdi.

Bu səbəbdən əsəbiləşdim, çay stəkanının arxası ilə Səbinənin başına bir neçə zərbə vurdum. Səbinə yerə yıxılan kimi üstünə çıxdım. Sol qolum ilə onun boyununu sıxdım.

Onun qışqırmasına imkan vermədim. Bu hadisə təxminən 5-6 dəqiqə çəkdi. Qapını bağlı saxladığım üçün uşaqları içəri girməyə qoymadım. Onları götürərək həyətdən küçəyə çıxdım.

Taksi ilə bacımın "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yaşadığı evə getdim. Uşaqları bacıma verdim və geri qayıdanda sahə müvəkkilinə zəng etdim, hadisə barədə məlumat verdim. Evə gəldikdə məni 8-ci polis bölməsinin əməkdaşları tutudlar".

"Bacım haqqında deyilənlər həqiqəti əks etdirmir"

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində Səbinənin qardaşı Əli Babayev tanınıb. O, ifadəsində göstərib ki, bacısını əri Məzahir Məmmədov narkotik vasitələrin istifadəsinə meyilli olub.

Onun sözlərindən məlum olur ki, hər dəfə bacısı ilə görüşəndə Məzahirin onun incitməsindən şikayət edib:

"İyunun 23-də yaşadığım Göytəpə şəhərində olarkən anam yanıma gəldi. Anam Məzahirin ona zəng etdiyini, Səbinəni öldürdüyünü dedi. Bacım haqqında deyilənlər həqiqəti əks etdirmir. Bacım ailəcanlı, hamının hörmətlə yanaşdığı qadın olub".

19 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məzahir Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm verilib.

Hökmdən narazı qalan Məzahir Məmmədov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, hadisəni törədən zaman özündə olmayıb. Məzahir Məmmədov cəzasının yüngülləşdirilməsini xahiş edib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Məzahir Məmmədovun şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Məzahir Məmmədov kasasiya şikayəti verib.

Məzahir Məmmədovun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, Məzahir Məmmədovun kasasiya şikayəti təmin olunmayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Asteroid Ayla toqquşacaq
20:53 25.06.2025
Asteroid Ayla toqquşacaq
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
20:33 25.06.2025
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
20:14 25.06.2025
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
19:54 25.06.2025
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
19:31 25.06.2025
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək