Həyat yoldaşına sataşdığına görə 2 qardaşı avtomobildə güllələdi - Azərbaycanda dəhşətli qətl

Həyat yoldaşına sataşdığına görə 2 qardaşı avtomobildə güllələdi - Azərbaycanda dəhşətli qətl
TOP4
13:18 07.01.2019
28109
Həyat yoldaşına sataşdığına görə 2 qardaşı avtomobildə güllələyərək öldürən şəxsin məhkəməsi başlayır.

AZXEBER.COM ölkə.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə məhkum olunan Tərlanov Zaur Ənvər oğlunun məhkəmə prosesi yanvar ayının 17-də Ali Məhkəmənin hakimi Fərhad Əliyev tərəfindən keçiriləcək. 

Qeyd edək ki, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, müdafiə tərəfinin apellyasiya şikayətini təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb. Məhkumun vəkili Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmənin qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yeni apellyasiya baxışına göndərilib. 

Xatırladaq ki, Baş Prokurorluq Qaradağ rayonunda törədilmiş bu qətllə bağlı məlumat yayıb. Məlumatda bildirilir: "2015-ci il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus "Vinçester" markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış "Lexus" markalı avtomobilin içində oturmuş həmin qəsəbə sakinləri 1980-ci il təvəllüdlü Cavid və 1985-ci il təvəllüdlü Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq, onları qəsdən öldürüb, hadisə yerindən qaçıb. Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib. Qaradağ Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq davam etdirilir". İstintaq zamanı məlum olub ki, qətl törədən Zaur Tərlanov "Standartbank"ın Qaradağ rayonunda yerləşən filialının işçisi olub. Öldürülən qardaşlar isə Dərin Özüllər Zavodunda işləyiblər. Güllələnən qardaşlardan birinin Zaur Tərlanovun xanımı ilə yaxın əlaqələri olub. Zaur bununla bağlı qardaşları görüşə çağırıb. Söhbət zamanı qətlə yetirilən qardaşlar Zaura hədə-qorxu gəliblər. Yanvarın 8-də axşam saatlarında Zaur Tərlanov işdən qayıdan qardaşların "Lexus" markalı maşınının (dövlət nömrə nişanı 90 RC 008) qarşısını kəsərək odlu silahla onlara atəş açıb. Qətli törədən və qətlə yetirilən qardaşlar bir qəsəbənin, yəni Sahil qəsəbəsinin sakinləri olublar. Araşdırmalar zamanı qətllə bağlı səsləndirilən versiyalara kölgə sala biləcək faktlar da ortaya çıxıb. 

Belə ki, öldürülən qardaşların anası Nigar Rəhimova yüksək məbləğdə faizlə borca pul verirmiş. Bununla bağlı dəfələrlə narazılıqlar olub. Hadisə şahidlərinin məlumatına görə, Rəhimovlar ailəsini çox harınlanmış bir ailə olub. Belə ki, hər iki ailə arasında əvvəllər yaxın münasibətlər olub. Hətta qətli törətməkdə şübhəli bilinən Zaur Tərlanovun bankdan aşağı faizlə Rəhimovlar ailəsinə pul təşkil etdiyi və onların həmin pulları yüksək faizlə dövriyyə buraxdıqları də məlum olub. Sonralar hər iki ailə arasında münasibətlər pozulub. Zaurun toyunda da qardaşların anası və özləri iştirak ediblər. Güllələnən qardaşların və Zaur Tərlanovun ataları Dərin Özüllər Zavodunda bir yerdə işləyiblər. İstintaq zamanı məlum olub ki, əvvəllər də ailələr arasında narazılıqlar yaşanıb. Zaur öz həyat yoldaşını yayılan xəbərlərə görə dəfələrlə döyüb. Qətli törədən şəxsin xanımı ilə adı hallanan qardaşlardan biri Zaura bu xəbərlərin şayiə olduğunu deyib. Araşdırma zamanı Zaur Tərlanovun Bakının mərkəzindən ev aldığı və onun xanımının həmin evdə yaşadığı da ortaya çıxıb. Zaur Tərlanov kimi qətlə yetirilən qardaşlar da ailəli olublar.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb