Taylandda boşanmış 44 yaşlı kişi ayrılığın acısını unutmaq üçün bir ay yeməkdən imtina edərək, yalnız pivə içib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, nəticədə həmin şəxs bir aydan sonra vəfat edib.
Boşanmış atanın cansız bədənini 16 yaşlı oğlu aşkarlayıb.
Gənc dərhal hadisə barədə polisə məlumat verib.
Hadisə yerinə gələn təcili tibbi yardım işçiləri kişinin ürək tutmasından sonra öldüyünü müəyyən ediblər.
İlkin ehtimal onun ölümündə həddindən artıq spirtli içki qəbulunun mühüm rol oynadığını göstərir.
Mikayıl