Arvadını 14 bıçaq zərbəsi ilə öldürən kişi: "Onu çox sevirdim"

DÜNYA
16:09 20.02.2025
460
Rus əsilli həyat yoldaşı Yelena Samsanovanı (55 yaş) 14 bıçaq zərbəsi ilə öldürən Atila Sarıhan (51 yaş) məhkəmədə ömürlük həbs tələbi ilə mühakimə olunub.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki,
məhkəmə zamanı Sarıhan həyat yoldaşını çox sevdiyini dilə gətirib:
 
"Onu çox sevirdim. Bu hadisə bir anda baş verdi. Mən ömrümün axrınacan evli qalmaq üçün onunla evlənmişdim".
 
Hadisə 2023-cü ilin mart ayında baş verib. 2 ildir evli olan Atila Sarıhan ilə həyat yoldaşı Rusiya əsilli Yelena Samsanova arasında mübahisə düşüb. Cütlük arasında çıxan davada Sarıhan həyat yoldaşı Samsanovanı 14 bıçaq zərbəsi ilə öldürüb. Nəzarətə alınan Atila Sarıhan həbs edilib.
 
Respublika Prokuroru Ersin Tosun hazırladığı iddianamə ilə həbsdə olan şübhəli Atila Sarıhan haqqında Əskişəhər 1-ci Ağır Cəza Məhkəməsində iddia qaldırıb. İddianamədə Sarıhana törətdiyi əmələ görə ömürlük həbs istənildiyi qeyd edilib.

Oksana
OXŞAR XƏBƏRLƏR