Oktyabrın 6-sı, axşam saatlarında arvadına 20 bıçaq zərbəsi vuraraq öldürməkdə təqsirləndirilən Nicat Abdullayevlə bağlı rəsmi açıqlama verilib.
AZXEBER.COM-un verdiyi xəbərə görə, Dövlət Gömrük Komitəsi N.Abdullayevin gömrük xidmətində işlədiyi barədə məlumatı təkzib edib. DGK-nın İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib ki, N.Abdullayev gömrük orqanlarında çalışmayıb.
Xatırladaq ki, onun gömrükdə işləməsi haqda məlumatı Abdullayevin yaxınları açıqlamışdı.
Qeyd edək ki, 33 yaşlı Nicat 3 uşaq anası olan arvadı, 27 yaşlı Leyla Abdullayevanı Bakı Avtovağzalının yaxınlığında qətlə yetirib.