Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdaş rayon sakini, 51 yaşlı Tələt Həmidovun məhkəməsi başa çatıb.
AZXEBER.COM-un məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 120.2.4-ci, 29,120.2.7 və 120.2.4-cü maddələri ilə təqsirli bilinən Tələt Həmidov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, hadisə iyulun 1-i Şamaxının Mədrəsə qəsəbəsində qeydə alınıb. Ağdaş rayon sakini, Həmidov Tələt Həmid oğlu nikahsız yaşadığı Mədrəsə qəsəbə sakini, 1971-ci il təvəllüdlü Nəzərova Qotaz İsa qızını başqa kişilərlə görüşməkdə ittiham edərək qısqanclıq zəminində onu bıçaqlayaraq öldürüb.Sərxoş halda evə gələn Tələt Həmidov əvvəlcə qadını döyüb. Sonra onun boğazını kəsib, döş və qarın nayihəsinə 6 bıçaq xəsarəti yetirib. İki uşaq anası olan Qotaz Nəzərova yerindəcə keçinib.Bundan sonra Həmidov qayınanası Nigarın da boğazından bıçaqla xəsarət yetirib. Yaşlı qadını kürəkəninin əlindən qonşuları alıb.Əvvəllər həbsdə olmuş Tələt Həmidov 1997-ci ildən həyat yoldaşının evində, Mədrəsə qəsəbəsində yaşayıb.