Arvadını öldürüb, özünə 8 bıçaq vuran 61 yaşlı kişiyə hökm oxundu

Arvadını öldürüb, özünə 8 bıçaq vuran 61 yaşlı kişiyə hökm oxundu
SOSİAL
21:10 25.08.2017
1169
Arvadını öldürməkdə təqsirləndirilən 61 yaşlı kişiyə hökm oxunub.
 
AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramiz İbrahimova hökm oxunub.
 
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Ramiz İbrahimov son sözlə çıxış edib. O, əməlindən peşman olduğunu bildirib.
 
Müşavirədən sonra məhkəmə hökmü elan edib. Hökmə əsasən R.İbrahimov 16 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib.
 
Camalova Səmayə Süleyman qızına əri İbrahimov Ramiz Zöhrab oğlu tərəfindən 7 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerindəcə keçinib.
 
Qətl hadisəsi onların öz evlərində baş verib.
 
Bu hadisədən sonra həyətə çıxan R.İbrahimov öz qarnına 8 bıçaq zərbəsi vurub.
 
İbrahimov ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib.Onun həyatını xilas etmək mümkün olub.
 
R.İbrahimov hadisəni törədən zaman həddindən artıq sərxoş olub. Elə ər-arvad arasında mübahisə də bu səbəbdən yaranıb. Qadın ərinin hər gün içki içməsinə etiraz edib. Bu səbədən evdə tez-tez mübahisələr yaranırmış.
OXŞAR XƏBƏRLƏR