Arvadını qətlə yetirən hakim həbs olundu

Arvadını qətlə yetirən hakim həbs olundu
SOSİAL
18:55 01.06.2021
1480
Bakıda arvadını güllələyərək öldürən Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədovla bağlı məhkəmə qərar verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, istintaq orqanı Binəqədi rayon məhkəməsinə təqdimat verərək F.Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsini istəyib.

Məhkəmə təqdimatı təmin edərək Fəqan Əhmədovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Fəqan Əhmədov mayın 30-u gecə saatlarında Sabunçu rayonu, Ləhiç massivində yerləşən bağ evində ov tüfəngi ilə arvadı Pərvanə Əhmədovanı sinəsindən güllələyərk öldürüb.

F.Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) təqsirləndirilir.
OXŞAR XƏBƏRLƏR