17:15 Cümə, 22 Iyun 2018
HADİSƏ

Arvadını toyun səhərisi gün 16 dəfə bıçaqlayan kişi: “Quş kimi rahatladım”

12:08, 30.04.20185024
Arvadını toyun səhərisi gün 16 dəfə bıçaqlayan kişi: “Quş kimi rahatladım”

Həyat yoldaşını toyun sabahı 16 dəfə bıçaqlayaraq öldürən kişinin ifadəsi hər kəsi şoka salıb.


AZXEBER.COM Türkiyə mediasına istinadən bildirir ki, hadisə Türkiyədə baş verib. Belə ki, ailələri razı olmadığı üçün qaçaraq evlənən Metehan və Güllü Yurtoğlu cütlüyü toyun səhəri günü mübahisə edib.

 

Mübahisə nəticəsində Metehan Güllüyə 16 bıçaq zərbəsi vuraraq, onu qətlə yetirib. Bunun üzərinə dostuna zəng edən Metehan ona deyib ki, " quş kimi yüngülləşdim”. Dostunun polisə şikayəti üzərinə həbs olunan Metehan Yurtoğlu ifadəsi zamanı bildirirb ki, həyat yoldaşı ona xəyanət edirmiş:


"Toyumuza gələn adamlar Güllünün mənə xəyanət etdiyini dedilər. Bu fikirlə gecə yata bilmədim. Səhər danışdıq, bu zaman aramızda mübahisə yarandı , əlimdə bıçaq var idi. Bilmədim necə yaraladım onu”.

 

Qeyd edək ki, araşdırmalar zamanı Metehan Yurtoğlunun narkotik aludəçisi olduğu bəlli olub.

 

Leyla Rəhimli

 

XƏBƏR LENTİ