Arvadını vəhşicəsinə qətlə yetirən kişi təslim oldu

SOSİAL
15:44 06.12.2018
5033
Arvadını qətlə yetirən Sumqayıt sakini polisə təslim olub.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, dekabrın 5-də Sumqayıt şəhərinin 11-ci mikrorayon ərazisində kirayədə yaşayan Beyləqan rayon sakini Yaqub Ağayev ailə münaqişəsi zəminində arvadı Aynurə Ağayevanı bıçaqla qətlə yetirib.

Y.Ağayev könüllü olaraq 1-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub.

OXŞAR XƏBƏRLƏR