Arvadının məşuqunun cinsiyyət orqanını kəsdi

DÜNYA
12:46 17.03.2014
3402
Türkiyədə ər arvadı ilə gizli münasibəti olan şəxsi “ibrəti-aləm” tərzində cəzalandırıb.
AZXEBER.COM “Posta” qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Manisa bölgəsinin Salihli qəsəbəsində yaşayan A.A. (30 yaş) və qardaşı E.A (33 yaş) birincinin ailəsinə əl uzatmış A.T-yə (28 yaş) bu dünyanın “cəhənnəm”ini göstərdilər.
A.T-nin yanına qardaşı E.A. ilə birlikdə gedən A.A. arvadının məşuqunu döydükdən sonra onun qasıq hissəsinə 5 bıçaq zərbəsi endirib.
Bununla ürəyi soyumayan A.A. daha sonra A.T.-nin cinsiyyət orqanını da kəsərək, qardaşı ilə oranı tərk edib.
Qan içində olan A.T. yaxınlarına bu barədə məlumat verdikdən sonra təcili yardım çağırılıb və onu xəstəxanaya aparıblar.
İlk yardım göstərildikdən sonra A.T.-nin hadisə yerində atılmış cinsiyyət orqanı da tapılaraq yerinə tikilib.
Cinayəti törətmiş qardaşlar isə həbs olunub.
OXŞAR XƏBƏRLƏR