Həyat yoldaşının saçını qırxıb ona əzab verməkdə ittiham olunan Tamerlan Məmmədovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
AZXEBER.COM-un Unikal-a istinadən əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, Tamerlan Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə - işgəncə verməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.