Arvadının təhsil haqqını ödəmək üçün cinayət törətdi - Məhkəmə qararı

Arvadının təhsil haqqını ödəmək üçün cinayət törətdi - Məhkəmə qararı
SOSİAL
14:42 12.06.2017
1107
Həyat yoldaşının təhsil haqqını ödəmək üçün soyğunçuluqda təqsirləndirilən Azər Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə A.Təhməzov 7 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, A.Təhməzov özgənin əmlakını talamaq məqsədilə ötən ilin dekabr ayında Firəngiz Hüseynovaya, Sevda İsmayılovaya, Gülnaz İsayevaya və Esmiralda Həsənovaya qarşı soyğunçuluq edib. Təqsirləndirilən A.Təhməzov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində maddi vəziyyətinin pis olduğunu, həyat yoldaşı Aytac Musayevanın oxuduğu Sumqayıt Dövlət Universitetinin illik təhsil haqqını ödəyə bilmədiyini, pulu ödəmək üçün cinayətə əl atdığını deyib. O bildirib ki, cinayətə onun həyat yoldaşı və qayınanası vadar edib. Şahid qismində dindirilən A.Musayeva ifadəsində Sumqayıt Dövlət Universitetində təhsil aldığını, təqsirləndirilən A.Təhməzovla 2015-ci ildə tanış olduğunu göstərib:
 
"Azər mikroavtobuslarda pul yığan işləyirdi. Ötən ilin yanvar ayında toyumuz oldu. Toydan sonra müxtəlif ünvanlarda kirayə yaşadıq. Dolanışığımız zəif olduğuna görə daim valideynlərim köməklik edirdilər. Azərin mənim və valideynlərim barədə Bakı İstintaq Təcridxanasında yazdığı ərizə ilə tanış olduq. Orada yazılanlar hamısı yalandır. Nə mən, nə də valideynlərim Azəri cinayət törətməyə vadar etməmişik. Ona pulu ödəmədiyi təqdirdə atamın bizi ayıracağını deməmişik". Təhməzov məhkəmədə istintaqda verdiyi ifadəni təsdiqləyib.
 
///lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
12:26 29.06.2025
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir