Arxangelsk vilayətindəki diasporumuz şəhid ailələrini dəstəkləməklə birlik və həmrəylik nümayiş etdirir

Arxangelsk vilayətindəki diasporumuz şəhid ailələrini dəstəkləməklə birlik və həmrəylik nümayiş etdirir
DÜNYA
21:53 25.09.2021
1826
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız 44 günlük Vətən müharibəsi zamanı yaranmış birlik və həmrəyliyi şəhid ailələrinə dəstək istiqamətində davam etdirirlər.
 
Bütün fəaliyyətləri ərzində tarixi Vətənimizə maddi və mənəvi dəstəklərini əsirgəməyən belə diaspor təşkilatlarından biri də "Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatıdır. Hazırda diaspor üzvləri nəcib təşəbbüslərini şəhid ailərinin himayəyə götürülməsinə yönəldiblər.
 
"Arxangelsk vilayətində Azərbaycan diasporu” ictimai təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımov bildirib ki, rəhbərlik etdiyi qurum Vətən müharibəsinin şəhidi, mayor Xəyal Məmmədovun ailəsini və 3 şəhid ailəsinin tələbə övladlarını – Polşanın SWPS Universitetində təhsil alan Nigar Cəfərovanı, Bakı Dövlət Universidetinin tələbəsi Aysu Əmrahovanı və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Fədayət Şəmilovanı himayəyə götürüb. Onların ataları – Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Ramiz Cəfərov, kiçik çavuş Saməddin Əmrahov və tibb xidməti baş leytenantı Azər Şəmilov II Qarabağ savaşı zamanı şücaət göstərərək şəhid olublar.
 
Qeyd edək ki, ailələrinə dəstək göstərilən 4 şəhidin hər biri torpaqlarımızın erməni işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarını şərəflə yerinə yetirdikləri üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən orden, medal və fəxri adlarla təltif edilib.
OXŞAR XƏBƏRLƏR