Arxasında nazir dayanan “Bizim market” kasıbın 800 manatını “yedi" – İLGİNC TƏFƏRRÜAT

Arxasında nazir dayanan “Bizim market” kasıbın 800 manatını “yedi" –  İLGİNC TƏFƏRRÜAT
İQTİSADİYYAT
12:27 12.03.2016
3036
“Bizim market” mağazalar şəbəkəsinin adı mütəmadi olaraq mətbuatda qalmaqallı olaylarla paralel hallanır.AZXEBER.COM-un məlumatına görə, savash.org-a şikayət məktubu ilə müraciət edən Qarabağ müharibəsi veteranı, satış nöqtələrinə məhsul daşımaçılığı ilə məşğul olan “Avrora” şirkətinin sürücüsü Qurban Novruzov başına gətirilən haqsızlıqdan bəhs edir. Onun sözlərinə görə, “Bizim market” şəbəkəsində ona qarşı dələduzluğa yol verilib. Qurban Novruzov baş verənləri belə anladır:“Ötən ilin dekabr ayında paytaxtın “Əhmədli” metrostansiyasının yaxınlığında yerləşən “Bizim market” dükanına 800 manatlıq ərzaq malları vermişəm. Amma səhlənkarlıq üzündən verdiyim məhsul qeydiyyata salınmayıb. Bunu isə yalnız bir neçə gündən sonra bildim. Belə ki, verdiyim malın pullarınıə yığanda mənə dedilər ki, sən bizə iddia etdiyin malları verməmisən. Mən isə hələ də mağazadakı vitrinlərdə qalmış öz məhsullarımı tanıyaraq, təhlükəsizlik kameraları vasitəsilə mübahisəyə son qoymağı təklif etdim. Hər halda təhlükəsizlik kamerasındakı görüntülər həmin gün mənim mağazaya hansı məhsulları verdiyimi sübut edəcəkdi. Qarşı tərəf isə kameranın işləmədiyini əsas gətirərək məsələni bir neçə günə araşdıracaqlarını söylədilər”.Bir neçə gündən sonra mağaza rəhbərliyinin qəbulunda olduğunu bildirən şikayətçi isə burada təhqir olunduğunu iddia edir: “Açıq şəkildə görünürdü ki, mağaza faktı danmağa çalışır. Belədə “bu 800 manata görə məni işdən qovacaqlar, 5 nəfərlik ailə isə ac qalacaq” deyərək onların ürəyinə rəhm salmağa çalışdım. Ayağını ayağının üstünə aşıraraq məni dinləmək belə istəməyən təxminən 25 yaşlı müdir isə küçə jarqonu ilə “mənə belə şeylər girmir, neynəyim ki, Qarabağda döyüşmüsən?” deyərək güzəştə getməyəcəklərini söylədi. “Arxamızda nazir dayanıb, bizə kimsə bata bilməz” deyərək açıq şəkildə lovğalanmağa başladı. İndi, mənə maraqlıdır ki, “Bizim market” mağazalar şəbəkəsinin arxasında dayanan nazir kimdir? Bilsəydik, ona müraciət edərdik, hər halda nazirin pozulmuş hüquqlarımıza 25 yaşlı mağaza müdirindən daha hörmətlə yanaşacağı düşüncəsindəyəm”.Artıq hər yerdən əli üzülən şikayətçi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirir.Xatırladaq ki, “Maşın bazarı”nın sahibi, “Bizim market” mağazalar şəbəkəsinin ortaqlarından olan Rasim Salmanovun Beynəlxalq Bankın sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin vasitəsi ilə ölkədən 100 milyon dollar çıxardığı haqda iddialar dolaşır. Məlumata görə, maliyyə xəyanəti ittihamı ilə həbsdə olan Cahangir Hacıyevin ölkədən çıxarılmasında iştirak etdiyi və vergidən yayınmaqla qazanıldığı iddia olunan 100 milyon dollar manatın birinci devalvasiyasından 2 gün əvvəl Kanada və Türkiyədəki hesablara yerləşdirilib.Qeyd edək ki, “Bizim marketlər” şəbəkəsi rəsmi olaraq Xanımbacı İsmayılovanın olsa da biznesi bilavasitə onun kürəkəni Rasim Salmanov idarə edib. Bir müddət öncə isə qayınanası Rasim Salmanovdan mətbuata şiokayət edərək onu ailəyə çatacaq milyonlarla pulu müxtəlif vasitələrlə Türkiyə Respublikasına, ordan da Kanadaya ötürdüyünü iddia edib: “Bu faktların üstü bank hesabları vasitəsilə açıldıqdan sonra Rasim Salmanov ailəni neytrallaşdırmaq qərarına gəlib. Əvvəlcə məsələni zorakılıq və öz üsulları ilə həll etməyə başladı. Ailəmizi güddürdü, hədə-qorxu gəldilər. Bundan sonra ailəni neytrallaşdırmaq üçün Rasim Salmanov polisdəki yaxın tanışlarından istifadə etməyə başladı. Nəvəm Sahibi özünün yalan məlumatları ilə həbs etdirdi”.X.İsmayılova bildirib ki, Rasim Salmanov və onun ailə üzvləri Kanada vətəndaşlarıdır: “Ailəliklə Kanada vətəndaşıdırlar. Onlar bu vətəndaşlığı Azərbaycandan külli miqdarda pulları tam çıxardıqdan sonra rahat şəkildə gedib Kanadada səfalı ömür sürmələri üçün əldə ediblər. İstintaqa Rasim Salmanovun ölkədən 100 milyonlarla dollar çıxardığı haqda sənədləri təqdim etmişəm. Lakin nəzərə almırlar ".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: İran nüvə dosyesi ilə bağlı mövqeyini dəyişməyəcək
22:21 14.06.2025
Pezeşkian: İran nüvə dosyesi ilə bağlı mövqeyini dəyişməyəcək
AEBA İsfahan nüvə sahəsində dörd əsas binanın zədələndiyini bildirib
22:13 14.06.2025
AEBA İsfahan nüvə sahəsində dörd əsas binanın zədələndiyini bildirib
Starmer: Britaniya Yaxın Şərq bazasına əlavə döyüş təyyarələri yerləşdirəcək
21:58 14.06.2025
Starmer: Britaniya Yaxın Şərq bazasına əlavə döyüş təyyarələri yerləşdirəcək
Avtobusun qarşısına qəfil çıxan piyada öldü - Video
21:38 14.06.2025
Avtobusun qarşısına qəfil çıxan piyada öldü - Video
İsrail İranın ən böyük təbii qaz yatağına zərbə endirdi
21:26 14.06.2025
İsrail İranın ən böyük təbii qaz yatağına zərbə endirdi
Ərdoğan və Şahbaz Şərif arasında telefon danışığı baş tutub
21:16 14.06.2025
Ərdoğan və Şahbaz Şərif arasında telefon danışığı baş tutub
Gəncədə 23 yaşlı gənc oğlan sirkə turşusundan zəhərlənib
20:53 14.06.2025
Gəncədə 23 yaşlı gənc oğlan sirkə turşusundan zəhərlənib
Ərdoğan İlham Əliyevə zəng etdi
20:42 14.06.2025
Ərdoğan İlham Əliyevə zəng etdi
Şəkidə yük maşını aşdı - Ölən və yaralılar var
20:25 14.06.2025
Şəkidə yük maşını aşdı - Ölən və yaralılar var
Putin Trampla telefon danışığında İran-İsrail arasında vasitəçilik təklif edib
20:18 14.06.2025
Putin Trampla telefon danışığında İran-İsrail arasında vasitəçilik təklif edib
Ərdoğan Pezeşkianla İsrail-İran gərginliyini müzakirə edib
20:12 14.06.2025
Ərdoğan Pezeşkianla İsrail-İran gərginliyini müzakirə edib
Sabaha planlaşdırılan İran-ABŞ danışıqları baş tutmayacaq
20:09 14.06.2025
Sabaha planlaşdırılan İran-ABŞ danışıqları baş tutmayacaq
"SeaBreeze"də “CaspiMayr Retreat”in AÇILIŞI OLDU
19:57 14.06.2025
"SeaBreeze"də “CaspiMayr Retreat”in AÇILIŞI OLDU
Xorvatiyanın İsraildəki konsulu və həyat yoldaşı İranın zərbələri nəticəsində yaralanıb
19:42 14.06.2025
Xorvatiyanın İsraildəki konsulu və həyat yoldaşı İranın zərbələri nəticəsində yaralanıb
Laçının orta məktəblərində “Son zəng” tədbirləri keçirilib - FOTOLAR
19:39 14.06.2025
Laçının orta məktəblərində “Son zəng” tədbirləri keçirilib - FOTOLAR
Netanyahu: Tezliklə Tehran səmasında İsrail təyyarələrini görəcəksiniz, hər bir hədəfi vuracağıq
19:26 14.06.2025
Netanyahu: Tezliklə Tehran səmasında İsrail təyyarələrini görəcəksiniz, hər bir hədəfi vuracağıq