Arzu Bağırova Tükiyədə mükafat aldı

Arzu Bağırova Tükiyədə mükafat aldı
SOSİAL
13:53 13.11.2018
1882
 Arzu Bağırova mükafata layiq görüldü
 
AZXEBER.COM xəbər verir ki, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB-nin sədri Arzu Bağırova Türkiyənin paytaxtı Ankarada keçirilən 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində  rəhbərlik etdiyi qeyri-hökumət təşkilatının Azərbaycan - Türkiyə əlaqələrinin inkişafı istiqamətində həyata keçirdiyi layihələrə görə mükafata layiq görülüb.
 
Mükafata görə təşəkkürünü bildirən "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB-nin sədri Arzu Bağırova ilk dəfədir belə bir mükafata məhz qardaş Türkiyədə layiq görülməsindən qürur duyduğunu deyib.
 
Bu mükafatın ona göstərilən etimadın nişanəsi olduğunu qeyd edən
 
Arzu Bağırova bundan sonra da  Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcəyini və bu etimadı doğrultmağa çalışacağını deyib.
 

 

 


OXŞAR XƏBƏRLƏR