Arzu Bağırova mükafata layiq görüldü
AZXEBER.COM xəbər verir ki, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB-nin sədri Arzu Bağırova Türkiyənin paytaxtı Ankarada keçirilən 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində rəhbərlik etdiyi qeyri-hökumət təşkilatının Azərbaycan - Türkiyə əlaqələrinin inkişafı istiqamətində həyata keçirdiyi layihələrə görə mükafata layiq görülüb.
Mükafata görə təşəkkürünü bildirən "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB-nin sədri Arzu Bağırova ilk dəfədir belə bir mükafata məhz qardaş Türkiyədə layiq görülməsindən qürur duyduğunu deyib.
Bu mükafatın ona göstərilən etimadın nişanəsi olduğunu qeyd edən
Arzu Bağırova bundan sonra da Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcəyini və bu etimadı doğrultmağa çalışacağını deyib.