“Bu paradın keçirilməsi və orada hansısa silahın nümayişi bizi qorxutmur“ - AÇIQLAMA

“Bu paradın keçirilməsi və orada hansısa silahın nümayişi bizi qorxutmur“ - AÇIQLAMA
Redaktorun Seçdikləri
13:49 23.09.2016
3586
Ermənistanın formal müstəqilliyinin 25 illiyi münasibətilə sentyabrın 21-də keçiriləcək hərbi paradın məşqində "İsgəndər” operativ-taktiki raketlərinin görünməsi ekspert çevrələrində geniş müzakirələrə səbəb olub.
 
Rəsmi mənbələr nə İrəvanda, nə Moskvada bu məsələyə şərh verməsələr də hərbi dairələrdəki mənbələr anonimlik şərti ilə Ermənistana bir diviziyon (4 kompleks) "İsgəndər-M” raketinin verildiyini, sövdələşmənin KTMT çərçivəsində həyata keçirildiyini deyiblər. Rusiyada gizlətmirlər ki, bu raketləri Ermənistana Azərbaycanla hərbi balansı təmin etmək üçün veriblər.
 
Bəs necə oldu ki, Ermənistan birdən – birə belə bir addım atdı və Rusiyaya məxsus olan bu raketləri nümayiş etdirdi.
 
Politoloq Arzu Nağıyev AZXEBER.COM-a açıqlamasında deyib ki, Ermənistan bu paradla bir daha Rusiyanın əlaltısı olduğunu dünyaya göstərdi:
 
"ATƏT-in MİNSK qrupunun həmsədrləri deklorativ sanksiya qəbul etdilər və bu gün onların fəaliyyətsizliyi sayəsində Dağlıq Qarabağ münaqişəsi sanki dalana dirənib. Bunun əsas səbəblərindən biri də Rusiya–Ermənistan münasibətidir. Məlumdur ki, Ermənistanın bu gün ən böyük havadarı məhz Rusiyadır. Ermənistan da bu paradı keçirməklə Rusiya ilə olan əlaqələrini bütün dünyaya nümayiş etməyə çalışır. 
 
Bu parad və orada nümayiş olunan silahlar göstərir ki, Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həllini danışıqlar masası arxasında həll etmək istəmir. Çünki, Dağlıq Qarabağ separatçılarına müstəqillik sözü verib və nəyin bahasına olursa olsun bu münaqişənin həll olunmamasına can atır. Keçirilən saxta təlimlər də bir daha buna sübutdur.
 
 

 

 
Politoloq qeyd edib ki, Sarkisyan danışıqlardan qaçdığı üçün müharibə şousu yaratmağa çalışır: "Burada əsas məsələ işğal olunmuş ərazilərin azad olunması və işğalçıların həmin ərazilərdən çıxarılmasıdır. Bu işdə diqtə edən tərəf biz olduğumuz halda Ermənistan özünü göstərməyə çalışır. Bişkekdə keçirilən MDB Dövlət başçılarının görüşündə cənab prezident İlham Əliyevin Serj Sarkisyana verdiyi cavabı da gördük. Və Serj Sarkisyanın cavabını da gördük. Erməni tərəfinin qeyri-ciddiliyinə görə danışıqlar yenə də baş tutmadı. Buna görə də onlar siyasi şoular, paradlar keçirilir. Biz də Azərbaycan tərəfi olaraq nazir Zakir Həsənovun dediyi kimi, ərazilərimizin qorunması üçün istənilən addımı atmağa hazırıq.
 
Ermənistan verilən "İskəndər” raketlərinin Dağlıq Qarabağda balansı poza bilərmi sualına isə politoloq belə cavab verib:
 
"Suriyada və Ukrayna haqqında gedən söhbətlər sanki Dağlıq Qarabağ münaqişəsini ikinci plana atıb. Super güclər Azərbaycanda baş verənləri görməməyə çalışırlar. Bütün dünya bilir ki biz istəsək hərbi yolla münaqişənin həllinə nail ola bilərik. Lakin bütün müharibələrdən ən yaxşısı sülhdür. Ermənistan isə bunu başa düşə bilmir. Balansın pozulması dedikdə , bizim kifayət qədər silahımız var, biz dünyanın müxtəlif ölkələrindən silah alırıq və istənilən zaman bir hərbi yolla münaqişənin həllinə nail ola bilərik. Bu paradın keçirilməsi və orada hansısa silahın nümayişi bizi qorxutmur, çünki Azərbaycan güclü dövlətdir”
 
Günel,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır