Arzu Nağıyev: Rusiya Xəzərdən Suriyanı vurması ilə hərbi qüdrətini göstərir

Arzu Nağıyev: Rusiya Xəzərdən Suriyanı vurması ilə hərbi qüdrətini göstərir
Siyasət
02:58 08.10.2015
1654

Rusiya İŞİD-in Suriyadakı obyektlərini Xəzər dənizindən vurması ilə müdafiə sənayesi kompleksinin yüksək səviyyədə işlədiyini və öz ərazilərində belə Suriyada istənilən hədəfi vura biləcəyini nümayiş etdirmək istəyir. Bunu Trend-ə politoloq Arzu Nağıyev Rusiya Prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Onun fikirincə, V.Putin bununla Xəzərdə çox böyük donanmaya sahib olduğunu və Rusiyanın hərbi qüdrətini nümayiş etdirdiyini bəyan edib: "Rəsmi Moskva, həmçinin göstərmək istəyir ki, bəzi dövlətlər Rusiyanın Suriyada Əsəd rejiminə qarşı yönələn qüvvələri vurması üçün hava dəhlizini açmaqdan imtina etsə də, Moskva istənilən vəziyyətdə İŞİD və “Cəbhət ən-Nüsra” qüvvələrini vura billər. İstər NATO, istər ABŞ, istərsə də digər dövlətlər həm hərbi cəhətdən, həm də maddi cəhətdən Əsəd rejiminə qarşı olan qüvvələri dəstəklədikləri üçün Rusiyanın onları vurmasını istəmir. Ona görə də Türkiyə və digər dövlətlər Rusiyaya hərbi hava qüvvələri üçün hava dəhlizləri verməkdən imtina edirlər".

A.Nağıyev hesab edir ki, V.Putinlə müdafiə naziri S.Şoyqunun görüşündə belə açıqlama verilməsi təsadüfi deyil: "Putin bununla demək istədi ki, onların heç bir dövlətə ehtiyacı yoxdur. Onlara hər hansı hava dəhlizi verilməsə də, öz təyyarələrindən istifadə edə bilməsələr də, həmin qüvvələri hətta uçuş həyata keçirmədən o silahlarla məhv edə bilərlər. Yəni bu bir güc nümayişi, qüvvə nümayişi idi”.

Politoloq, həmçinin bu yaxınlarda rusiyalı ekspertlərin Əsədə qarşı olan qüvvələrlə bağlı yeni məlumatlar yaydıqlarını bildirib. A.Nağıyevin sözlərinə görə, Rusiya hətta Suriya Prezidenti Bəşşar Əsədə qarşı olan qüvvələri benzin və yanacaqla təmin edənləri vurmaq gücündədir: “Bu məlumatları rusiyalı ekspertlər də çıxışlarında qeyd edirlər. Deyilənlərə görə, Türkiyə ərazisində “Cəbhət ən-Nüsra” və Əsəd rejiminə qarşı olan hər hansı ikinci dərəcəli qüvvələri benzinlə, yanacaqla təmin edən çənləri vurmağa belə rəsmi Moskvanın imkanı var. Hətta son zamanlar bu barədə əlavə yazılar, məlumatlar yayılmağa başlayıb”.

Qeyd edək ki, Rusiyanın Xəzər donanmasının gəmiləri yüksək dəqiqlikli silahlardan istifadə etməklə İŞİD-in Suriyadakı obyektlərini atəşə tutub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
14:31 12.09.2025
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
14:30 12.09.2025
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
13:33 12.09.2025
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm