Arzuolunmaz şəxslərin Azərbaycana gəlişi 5 il qadağan olunacaq

Arzuolunmaz şəxslərin Azərbaycana gəlişi 5 il qadağan olunacaq
SİYASƏT
17:31 14.05.2013
2185
Milli Məclisin (MM) bugünkü plenar iclasında Miqrasiya Məcəlləsi layihəsi birinci oxunuşda müzakirə olunub.Layihə barədə MM-in hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Onun sözlərinə görə, Miqrasiya Məcəlləsinin qəbul edilməsi günün tələbidir. Məcəllə miqrasiya məsələlərinin daha şəffaf həyata keçirilməsinə yardım edəcək. Sənəd ölkədə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normalarını müəyyənləşdirir.

Miqrasiya Məcəlləsinin qüvvəyə minməsi ilə 4 qanun, o cümlədən “İmmiqrasiya haqqında” və “Əmək miqrasiyası” haqqında Azərbaycan Respublikasının qanunları qüvvədən düşəcək.

Layihəyə görə, xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşının və onunla birgə Azərbaycana qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan vətəndaşı olan övladının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi ilə həyata keçiriləcək. Məcəllənin 11.2 maddəsi (yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur) istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Bundan başqa, Azərbaycana gəlmək üçün viza tələb olunduğu hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Məcəllə ilə müəyyən olunmuş qaydada viza almalıdırlar. Elm və təhsil üçün alınan vizanın ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə milli təhlükəsizlik və ya ictimai asayişin mühafizəsi, yaxud Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə, şəxsin sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətməsi və ya transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olması barədə məlumat olduqda, şəxs Azərbaycan Respublikasının vətəndaşlarına və ya Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdiyinə görə məhkum olunduqda (əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyibsə və ya götürülməyibsə), şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda (əgər ölkəyə girişinə qoyulmuş məhdudiyyət müddəti bitməmişdirsə), Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə, əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqda, Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə, miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda ölkəyə daxil olmasına qadağa qoyulur.

Qeyd olunan hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinə 5 il müddətinə qadağa qoyulur.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycandan getməsi - onların getməsi milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olduqda (bu əsas aradan qalxanadək), Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barələrində hər hansı qətimkan tədbiri seçildikdə (azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək), məhkum edildikdə (Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzalarını çəkib qurtaranadək və ya barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə-tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək), onlar üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə (sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək) ölkədən çıxmasına qadağa qoyulur.//APA

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:39 10.05.2025
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
16:18 10.05.2025
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
15:48 10.05.2025
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
15:37 10.05.2025
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
15:16 10.05.2025
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
14:54 10.05.2025
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
14:39 10.05.2025
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
14:23 10.05.2025
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
13:59 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
13:47 10.05.2025
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
13:34 10.05.2025
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
13:09 10.05.2025
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
12:49 10.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
12:30 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
12:17 10.05.2025
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
Sabah 31 dərəcə isti olacaq
12:05 10.05.2025
Sabah 31 dərəcə isti olacaq