ASAİF sədri Orxan Əkbərov: "Proqramın səmərəli olması bizdən asılıdır"

Bütün Xəbərlər
20:53 08.05.2011
2649

- Orxan müəllim, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı işlər necə gedir?

- “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı artıq gənclərlə bağlı qəbul edilmiş 2-ci proqramdır. İlk proqramda önə qoyulan məsələlər həll olunsa da, ikinci proqramın imzalanmasına həqiqətən ehtiyac var idi. Elə biz bu məsələ ilə bağlı bir sıra dövlət rəsmiləri və QHT üzvləri ilə birgə müzakirələr aparmışıq. Proqramın səmərəli olması bizdən asılıdır. Hər birimiz çalışırıq ki, bütün gənclər təşkilatlarının bu proqramda rolu olsun. Proqramın effektli olması üçün buna ictimai nəzarətin daha güclü olması lazımdır. Biz də maksimum şəkildə çalışırıq ki, bütün gənclər bu proqramda iştirak etsin. Onu da qeyd edə bilərəm ki, indiyə qədər bu proqramla bağlı yüzlərlə təkliflər almışıq. İndi isə onları qruplaşdırıb, proqrama daxil etmək lazımdır. 

- Siz ASAİF olaraq konkret hansı proqramı təklif etmisiniz?

- Bizim ən əsas təkliflərimiz xaricdə təhsil alan gənclər və xaricdə təhsil alıb orada qalan gənclər haqqındadır. Onların sosial problemlərinin qaldırılması, gənc ailələrə ipoteka kreditlərinin verilməsi, qayıtdıqdan sonra onların iş təminatları, pedoqoji fəaliyyətləri və buna bənzər bir çox məsələləri təklif etmişik. Hətta bizim müzakirələrə “Skype” vasitəsilə xaricdə oxuyan həmyerlilərimiz də qatılır, onlar da fikirlərini, təkliflərini irəli sürürlər. 

- Sonda xaricdə təhsil alan və almağa hazırlaşan tələbələrə nə demək istərdiniz?

- Bizim ən əsas məqsədimiz də odur ki, Azərbaycan gənci xaricdə təhsil aldıqdan sonra azərbaycançılığı, Azərbaycanın milli problemlərini, tarixini, milli-mənəvi dəyərlərini unutmasın. Xaricdə təhsil alan tələbə unutmamalıdır ki, o, xaricdə bizim qeyri-rəsmi səfirimiz statusunu daşıyır. Bu səbəbdən onlar çox diqqətli olmalıdırlar, həmin şəxslər üçün hər şeydən öncə Azərbaycan dövləti, dövlətin maraqları gəlməlidir.

OXŞAR XƏBƏRLƏR