Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzi həftənin hər cümə gününü ictimai nəqliyyatdan istifadə günü elan edib.
AZXEBER.COM portalının məlumatına görə, bunula əlaqədar olaraq, Dövlət Agentliyi və “ASAN xidmət” əməkdaşları yalnız ictimai nəqliyyatdan istifadə ediblər.
Fotolarda -İnam Kərimov - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, Nadir Adilov - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri, Labidə Batıyeva - 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin direktoru, Anar Hüseynov - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdir müavini, Ayan Yusifova - 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin baş məsləhətçisi yer alıb.
AZXEBER.COM portalı ASAN xidmət mərkəzinin əməkdaşlarının ictimai nəqliyyatdan istifadə günündən fotolar təqdim edir.