İranın ən böyük uran emalı müəssisələrindən biri bombalanıb

İranın ən böyük uran emalı müəssisələrindən biri bombalanıb
DÜNYA
04:34 07.04.2026
799
Ərdəkanda İranın ən böyük uran emalı müəssisələrindən biri olan "Şəhid Rezayinejad Sarı Keks İstehsalı Zavodu"na (Shahid Rezayee Nejad Yellowcake Production Plant) ABŞ ilə İsrailin hücumu nüvə toxunulmazlığının pozulmasıdır.

Bu, İranın Atom Enerjisi Təşkilatının (İAET) bəyanatında qeyd olunub.

İAET-dən bildirilib ki, bu addım nüvə təbabətinin inkişafına qarşı yönəlib: "İranın nüvə texnologiyası bəşəriyyətin sülh və sağlamlığına xidmət edir. Ağır bombaların atılması ilə bunun qarşısını almaq olmayacaq".

Məlumat üçün bildirək ki, bu zavodda uran filizi emal edilərək nüvə yanacağının ilkin mərhələsi sayılan "sarı keks" (uran konsentratı) tozuna çevrilir. Obyekt 2026-cı ilin martında da hava zərbələrinə məruz qalıb.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 4-də BMT-nin Baş katibi Antonio Quterreş, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi və BMT Təhlükəsizlik Şurasına (TŞ) ünvanladığı məktubda da İslam Respublikasının nüvə obyektlərinin bombalanmasının region üçün ciddi radioaktiv çirklənmə təhlükəsi yaratdığını qabardıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Elə həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Vəziyyətlə əlaqədar olaraq regionun bəzi dövlətləri hava məkanını müvəqqəti bağlayıb.

/report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
19:11 04.11.2026
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
18:58 04.11.2026
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
18:49 04.11.2026
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
18:36 04.11.2026
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
18:24 04.11.2026
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
17:55 04.11.2026
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?