‘’Asan Xidmət’ mərkəzləri korrupsiya hallarını azaldır’ - Zakir Qaralov

‘’Asan Xidmət’ mərkəzləri korrupsiya hallarını azaldır’ - Zakir Qaralov
SİYASƏT
13:08 01.10.2013
2043

Bu yolla ölkədə mövcud olan məişət korrupsiyası hallarının qarşısı alınacaq.

"Yeni yaradılan "Asan Xidmət" mərkəzləri ölkədəki korrupsiya hallarını azalmasına gətirib çıxarır". Bu sözləri Baş Pokuror Zakir Qaralov jurnalistlərə açıqlaması zamanı deyib onun sözlərinə "Asan Xidmət" mərkəzləri vətəndaşlarla dövlət orqanları arasında korrupsiya və rüşvət halların raradan qalxmasına şərait yaradır. "Prezidentimizin əmri ilə yaradılan bu mərkəzlərin fəaliyyəti daha da genişləndiriləcək və biz bu yolla məişət korrupsiyasını qısa müddətdə aradan qaldıracağıq". Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədilə pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamın əsasən, 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı pilot layihənin həyata keçirilməsi məqsədi ilə ilkin olaraq 2 milyon manat ayrılıb.

OXŞAR XƏBƏRLƏR