“ASAN xidmət”dən vətəndaşlara sosial çağırış

“ASAN xidmət”dən vətəndaşlara sosial çağırış
SOSİAL
14:12 12.06.2020
459

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət”) 14 iyun - Ümumdünya Qan Donoru Günü münasibəti ilə vətəndaşlara sosial çağırış edib.

Agentlikdən AZXEBER.COM-a verilən məlumata görə, "ASAN Xidmət"in sosial şəbəkə hesablarında talassemiyalı uşaqlara dəstək məqsədi ilə fotolar paylaşılıb. Paylaşımda onlar üçün hər kəsin qan verməyə hazır olduğu sosial çağırışı əks olunub.

Azərbaycanda 1500-dən çox talassemiyalının, həyatları qandan asılı olan digər hematoloji xəstələrin və təcili əməliyyata ehtiyacı olan şəxslərin hər zaman davamlı qan təminatı zəruridir. Qanın tək mənbəyi isə sağlam və könüllü donorlardır:

Könüllü qan donoru olmaq istəyən şəxslər Bakı şəhərində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankına, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrinə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR