Asəf Quliyev Milli Şuradan və AXCP-dən getdi

SİYASƏT
18:00 04.10.2013
1217
AXCP-nin sədr müavini, Milli Şuranın mitinq Komitəsinin üzvü Asəf Quliyev təmsil etdiyi hər iki qurumdan istefa verib.
Bunu virtualaz.org-a açıqlamasında Asəf Quliyev özü təsdiqlədi. Onun sözlərinə görə, 20 il ərzində bu müxalifət kütləni özünə inandıra bilmədi. Müxalifətin fəaliyyətindən razı olmadığını bildirən A.Quliyev AXCP-dən və Milli Şuradan istefa vermək qərarına gəldiyini bildirdi.
A.Quliyev bundan sonrakı fəaliyyəti haqda isə heç nə danışmaq istəmədi.

OXŞAR XƏBƏRLƏR