Asim Mollazadə ilə İlqar Məmmədov rəqib oldu - Partiya sədrləri bu dairədə mübarizə aparacaq

Asim Mollazadə ilə İlqar Məmmədov rəqib oldu - Partiya sədrləri bu dairədə mübarizə aparacaq
SOSİAL
15:26 18.07.2024
247
Demokratik İslahatlar Partiyası Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə iştirakla bağlı qərar qəbul edib. 

AZXEBER.COM xəbər verir ki, partiyanın sədri, deputat Asim Mollazadə namizədliyini 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən irəli sürüb. Partiya artıq seçkilərdə iştirakla bağlı müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.
 
Qeyd edək ki, REAL Partiyasının sədri İlqar Məmmədov da namizədliyini 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən irəli sürüb. Bu seçki dairəsində gərgin mübarizənin gedəcəyi gözlənilir. 
OXŞAR XƏBƏRLƏR