Asim Mollazadə yenidən sədr seçildi

Asim Mollazadə yenidən sədr seçildi
SİYASƏT
16:45 15.06.2013
1609

Bu gün Demokratik İslahatlar Partiyasının (DİP) IV qurultayı keçirilib.

Qurultayda hesabatla çıxış edən DİP sədri Asim Mollazadə Azərbaycanın daxili və xarici siyasəti, partiyanın strateji hədəflərindən danışıb.

Partiya sədri bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəyə beynəlxalq təzyiqlər başlayıb və müəyyən qüvvələr Azərbaycanın müstəqilliyini qarşısını almağa cəhd göstəriblər: "Azərbaycan xalqının böyük faciələri torpaqlarımızın işğalı ilə başladı. Burada da məqsəd Azərbaycanı məhv etmək idi. Azərbaycana yönəlmiş bu təzyiqlərin əsas səbəbi ölkənin mədəniyyəti və dəyərləri ilə bağlı idi. Həmin dövrlərdə ölkənin gələcəyi şübhə altında olsa da, artıq bu gün Azərbaycan iqtisadiyyatı inkişaf edir”.

Azərbaycanda bir çox sahələrdə ciddi islahatlara ehtiyac olduğunu bildirən partiya sədri ölkədə mütəxəssis çatışmazlığını da qeyd edib: "Bu gün Azərbaycanın təhsil sistemində islahatlara ehtiyac var. Ölkənin müxtəlif sahələri üzrə mütəxəssis çatışmazlığı var. İqtisadiyyat sahəsində də mütəxəssislərimiz demək olar ki, azdır”.

A.Mollazadə vətəndaş cəmiyyəti təşkilatları, gənclərin dünya ölkələrinə inteqrasiyasından da danışıb. Onun sözlərinə görə, bu amil Avropa siyasi sistemini, qanunvericiliyi mənimsəməyə imkan verəcək.

O qeyd edib ki, partiya hər zaman mədəniyyət amilini önə çəkib ki, buraya idarəetmə mədəniyyəti, siyasi mədəniyyət daxildir: "Bu gün Azərbaycan öz dəyərlərini dünyaya nümayiş etdirərək özünə tərəfdaş qazanır və eyni zamanda özünün unikal bir xalq olduğunu dünyaya sübut edərək ölkəyə olan baxışı müsbət formalaşdırır”.

A.Mollazadə Azərbaycan-Ermənistan problemindən də danışıb. O qeyd edib ki, hazırda danışıqlar prosesi tam pozulub. A.Mollazadənin fikrincə, problem yalnız sülh yolu ilə həll oluna bilər: "Bu gün ermənilər danışıqlar prosesindən imtina edir. Onlar "sahibləri”nin istədikləri kimi hərəkət edirlər. Təəssüflər olsun ki, bu təcavüz bəzi dövlətlər tərəfindən dəstəklənir. Ermənilərin himayədarlarını nəzərə alaraq, düşünürəm ki, problem sülh yolu ilə həll olunmalıdır”.

A.Mollazadə bildirib ki, partiyanın əsas məqsədlərindən biri də istedadlı gənclərimizin önə çəkilməsi, onların idarəetmə sahəsində rolunu artırmaqdır: "Çünki Azərbaycan gəncliyi ölkənin çağdaş müasir və güclü dövlətə çevrilməsində böyük rol oynayacaq”.

Sonra partiyanın Mərkəzi Təftiş Komissiyasının hesabatı dinlənilərək komissiyanın üzvləri seçilib. Asim Mollazadə partiya sədrliyinə növbəti dəfə namizəd olub və yenidən partiyanın sədri seçilib./ APA

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
12:40 10.03.2026
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
Güzəştli mənzil vədi ilə dələduzluq edən qadın saxlanıldı
12:32 10.03.2026
Güzəştli mənzil vədi ilə dələduzluq edən qadın saxlanıldı
Mirhicab Abdullayev yeni kitabını təqdim etdi - FOTOLAR
12:18 10.03.2026
Mirhicab Abdullayev yeni kitabını təqdim etdi - FOTOLAR