"Bundan sonra nə qədər ömrüm qalıbsa, onu ibadətlə başa vurmaq istəyirəm".
AZXEBER.COM xəbər verir ki, bu sözəlri aşıq Namiq Fərhadoğlu deyib.
"Xəzər axşamı" verilişində qonaq olan sənətçi, proqramlara qatılmağı vaxt itkisi hesab etdiyini deyib:
"Mən həmişə çalışmışam ki, ustad xeyir-duası alım, verilişlər o qədər önəmli deyil. Çox dəvət edirlər, amma mən hamısına getmirəm. 40 yaşım var. Bundan sonra istəyirəm ki, qalan ömrümü Allaha ibadətlə keçirim. Namaz qılım, oruc tutum. Bilirəm ki, verilişlərə çox qatılsam yenə şeytana uyacam. O boş vaxtımda ondansa bir az da artıq namaz qılaram.
1 milyon pul xərcləyib 10 il veriliş aparmşam. 100 tələbənin birini 100 manatdan hazırlayıb, pulu da verilişimə qoyurdum. Sponsor qəbul etmirdim. Çünki mən heç kimin sözünü götürə bilmirəm".
Aysel