Aşıq Namiq qızlarla dəniz kənarında məsti xumar oldu - VİDEO

Aşıq Namiq qızlarla dəniz kənarında məsti xumar oldu - VİDEO
MAQAZİN
17:00 19.08.2016
9892
Aşıq Namiq Fərhadoğlu “Məsti-xumar” mahnısına klip çəkdirib.
Bu haqda AZXEBER.COM-a o özü məlumat verib. 
Onun dediyinə görə. klipin çəkilişləri Fatmayi və Xaçmazda baş tutub. Klipi Naib Nailoğlu çıkib.  
Aşıq bildirib k, çəkilişlər zamanı çətinliklərlə üzləşib:
“Çəkilişlər Fatmayı bağlarında və Xaçmazda baş tutub. İsti havada, qızmar günün altında kadrları lentə aldıq. İsti işimizə çətinlik yaratsa da, yorulmadan çəkilişləri davam etdirdik. Klipi çox bəyəndim. Düşünürəm ki, heç bir aşığın belə müasir klipi olmayıb. Bəlkə də, kimlərsə məni tənqid edəcək. Bunlara hazıram. Fərqlilik heç zaman birmənalı qarşılanmayıb. Əsas odur ki, iş ürəyimcə oldu”.
Qeyd edək ki, “Məsti-xumar”a çəkilən ekran işi aşığın sayca 5-ci klipidir.
OXŞAR XƏBƏRLƏR