Aşıq Namiqin 53 min manatını mənimsəyən şəxsin -FOTOLARI

Aşıq Namiqin 53 min manatını mənimsəyən şəxsin -FOTOLARI
MAQAZİN
12:35 05.05.2016
6009
Aşıq Namiq Hüseynovu (Fərhadoğlu) aldadaraq 53 min manatını mənimsəyiblər.
Bu haqda musavat.com saytına aşıq Namiqin özü məlumat verib. O, iddia edib ki, dostu vasitəsilə tanıdığı Rəşad adlı şəxsə birgə iş qurmaq məqsədi ilə 53 min manat verib:“Əslən Kəlbəcər rayonundan olan Babayev Rəşad Məzahir oğlu mənim 53 min manatımı mənimsəyib. Uzun illərdir ki, tanıdığım Habil adlı dostum məndən 10 min manat istədi. Bildirdi ki, bir nəfərə (Rəşad Babayevi nəzərdə tutur) pul lazımdır, borc ver, artıqlaması ilə qaytaracaq. Mən də bildirdim ki, adıma ev, maşın keçirsə, ona 10 min verərəm. Xətai rayonunda yerləşən notarius idarəsində Rəşad maşınını mənim adıma keçirdi, 1 həftə sonra pulumu qaytardı, mən də maşını geri qaytardım. Bir müddət sonra 13 min manat istədi, notariusa getdik, növbə olduğu, dostum da tanışına zamin durduğu üçün pul məsələsini aramızda həll etdik. Ondan sonra məndən dəfələrlə pul alıb, qaytardı. Rəşad kompüter şirkətində işləyirdi, dedi mal gətirir, 100 min manatlıq işdir, hamımız pul qoyub iş quraq. Məndən 30 min manat istədi. Mən o zaman da bildirdim ki, evini adıma keçirsə, o pulu taparam. Bu dəfə də dostum Habil Rəşada zamin durdu. Məndə o qədər pul olmadığı üçün dostlarımdan birindən aldım. Rəşad 30 mini qaytarmadan dəfələrlə məndən pul alıb qaytardı. Sonuncu dəfə məndən 3000 manat aldı, beləliklə borcu 53 min oldu. Ondan sonra Rəşad yoxa çıxdı. Sonradan öyrəndim ki, Habilə 53 min, onun əmisi oğlu Aqilə 71 min manat borcu var. Rəşadın işlədiyi şirkətə getdik, orada məlum oldu ki, 34 min manat da onlardan alıb və qaytarmayıb, Rəşadın iş yoldaşları artıq Nərimanov Rayon Prokurorluğuna şikayət ediblər. Prokurorluqdan maraqlandım, dedilər 5 gün əvvəl orada olub. Mən də Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Baş Mütəşəkkil İdarəyə Rəşadın dələduzluğu barədə şikayət ərizəsi yazdım. Ramil Usubov işi nəzarətə götürüb, Bakı Şəhər Baş Polis İdarəsinə göndərdi, oradan da Nərimanov Rayon Polis İdarəsinə göndərildi. İşə Gülnarə adlı müstəntiq baxırdı, nə vaxt yanına getsəm, deyirdi ki, təzyiqi qalxıb ölür. Gülnarə xanım işə biganə yanaşdığı üçün prokurora ərizə yazıb müstəntiqin dəyişdirilməsini xahiş etdim. Müstəntiqin dəyişdirildiyi deyilsə də, dəyişmədilər. Mənim məsələmə baxan olmadı. Tez-tez gedib bezdirdiyim üçün işi Elçin adlı müstəntiqə verdilər. Rəşadı 15 gün əvvəl polis idarəsinə çağırdılar, xarici maşında, brend geyimdə gəldi, 2 dəqiqə oturub getdi. Yazışmamız var, sübutum var, amma dekabr ayından işə baxmırlar. Aqil ilə Habil Abşeron Rayon Prokurorluğuna şikayət ünvanlandığı üçün mən də işimin ora göndərilməyini istədim. Aprelin 25-də iş göndərilib. Ümid edirəm ki, bu dəfə Rəşadın dələduzluğuna biganə yanaşmayacaqlar”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Sonda Aşıq Namiqi aldadan Rəşad Babayevin fotolarını təqdim edirik:
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
12:49 20.09.2025
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
Xankəndidə Şəhər Günü qeyd olunur
12:45 20.09.2025
Xankəndidə Şəhər Günü qeyd olunur
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
12:41 20.09.2025
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
12:41 20.09.2025
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO